Bizim iş prinsipimiz

Bizim iş prinsipimiz

1.Sifariş qaydaları.

Dünyanın hər bir online-mağazasından Azərbaycanın ödəmə kartlarını dəstəklədiyi halda sifariş olunması və ABŞ-a çatdırılması mümkündür .Qeydiyyatdan keçəndən sonra,sizə ABŞ-daki şəxsi poçt ünvanı veriləcək və siz onu internet vasitəsi ilə alış-veriş etdiyiniz zaman çatdırılma üçün qeyd edəcəksiniz.Bir məhsulu satın almadan öncə, Azərbaycana çatdırılmasının qadağan olunmadığına ,miqdarın və çəkinin gömrük qaydalarına zidd olmadığına əmin olun.

 

2.Bəyannamə.

Bağlamanız göstərilən ünvana göndərildikdən sonra, satıcı sizə pesoto.az saytına daxil olub ,şəxsi səhifənizdə "Yeni bağlamanın izləmə nömrəsini daxil edin" bölümündə qeyd olunmalı izləmə nömrəsini təqdim edir. Ardından bəyannamə pəncərəsi açılır. Orada göndərəni , məsələn.,ebay.com, məhsulun kateqoriyasını, məsələn.,ayaqqabı., ətraflı təsvirini.,məsələn "adidas originals" və məhsulun dəyərini qeyd etmək lazımdır. Bəyannamənin qeydindən sonra bağlamanın izləmə nömrəsi «Bağlama» bölümündə görünəcək.İstədiyiniz təqdirdə "Yenidən qablaşdırma" və "Sığorta" xanasını da seçə bilərsiniz. Bu seçim yalnız bağlama ABŞ anbarına gəlmədən öncə mümkündür.

 

3.Azərbaycana göndərilmə.

 Bütün bəyan olunan bağlamaların Azərbaycana göndərilməsi avtomatik olaraq hər həftə həyata keçir. Əgər sizin bəyan olunan bağlamanız ABŞ-dan vaxtında göndərilməyibsə zəhmət olmasa bizə bu haqqda məlumat verin ki, səbəbini araşdırıb, tezliklə göndərilməsini təmin edək.

 

4.Bağlamaların ofisə çatması.

Bağlamanız gömrük nəzarətindən sonra şirkətin Bakı ofisinə göndərilir. Bundan sonra sizin izləmə nömrəniz «Gələnlər» bölümünə keçid alır.

 

 5.Bağlamaların ofisə çatdırılması və daşınma xidmətinin ödənişi.

Bağlamanız ofisə gələn günün sabahsı sizə təqdim olunur. Bağlama şəxsiyyətinizi təsdiq edən sənədi təqdim edəndən sonra sizə təhvil verilir. Bağlamalar Bakı şəhərində kuryer vasitəsilə çatdırılır. Bakı daxili çatdırılmanı şəxsi səhifənizə daxil olaraq sifariş ərizəsi doldura bilərsiniz. Bağlamanızı şəxsən ofisdən almaq istəyirsinizsə, Bakı şəhəri, K.Səfərəliyeva küç.18A ünvanına yaxınlaşmalısınız. Bağlamanı almaq üçün, qeydə alınmış şəxsin şəxsiyyətini təsdiq edən sənədə sahib olmaq, həmçinin şəxsi səhifənin nömrəsini bilmək lazımdır.

Şəxsi səhifədə daşınma invoysu (hesabı) izləmə nömrəsinin ("AZ anbar" bölməsinin) əks tərəfində olduqda, bu deməkdir ki  bağlamanız artıq Bakıya gəlib və çatdırılmağa hazırdır. Daşınma invoysunu əvvəlcədən yüklənilmiş balansla, bonus hesabından və ya birbaşa ödəniş kartı ilə ödəmək mümkündür. Fakturanın ödənilməsi yalnız bir hesabdan mümkündür. Ödəniş yalnız şəxsi hesabınız vasitəsilə həyata keçirilir.

İnstagramda yeniliklər

Bizimlə əlaqə
  • K.Səfərəliyeva küçəsi 18A, Bakı, AZ1010, Azərbaycan 
  • 012 544 0000
  • info-az@pesoto.com 
  • Bazar ertəsi - Cümə: 10:00 - 19:00             Şənbə: 10:00 - 15:00  Bazar: Bağlıdır
© 2015 Created by webdeveloper.ge