Müqavilə
1.İstifadəçi Razılaşmasının predmeti
1.1. “PESOTO” Şirkəti (bundan sonra – “İcraçı”)İcraçının anbarından (Amerika Birləşmiş Ştatları – Bear şəhərində yerləşən) hazırkı İstifadəçi Razılaşmasının (bundan sonra – “Razılaşma”) şərtlərinə müvafiq olaraq www.pesoto.com və ya www.pesoto.az veb səhifələrində qeydiyyatdan keçən yetkinlik yaşına çatmış fiziki şəxs (bundan sonra - “Müştəri”) üçün malların (bundan sonra mal və ya bağlama) çatdırılması üzrə xidmətləri (bundan sonra - “Xidmətlər”) həyata keçirir.
1.2. Müştərinin “Pesoto” şirkətində qeydiyyatdan keçməsi pulsuz və könüllüdür. Qeydiyyat www.pesoto.com və ya www.pesoto.az veb səhifələrində həyata keçirilir. Xidmət göstərilməsi şərtləri açıqdır. Müştərinin saytda qeydiyyatdan keçməsi hazırkı Razılaşmanın və onun bütün əlavələrinin qəbul edilməsini bildirir.
1.3. Əgər Müştəri Razılaşmanın heç olmazsa bir bəndi ilə razı deyilsə, İcraçının Xidmətlərindən istifadə etmək hüququna malik olmur.
1.4. İcraçı hazırkı Razılaşmaya dəyişikliklər etmək hüququnu özündə saxlayır ki, bununla əlaqədar olaraq Müştəri mütəmadi olaraq Razılaşmanın www.pesoto.com və ya www.pesoto.az veb səhifələrində yerləşdiriləcək dəyişikliklərini izləmək öhdəliyini götürür.
1.5. İcraçı çatdırılma Xidmətlərinə görə Müştəridən “Malın çatdırılması və xidmətlərin ödənilməsi” adlı 7-ci maddədə göstərilən haqqı alır.
2. Xidmətlərin təsviri.
2.1. İcraçı Müştəriyə sonradan qablaşdırılması/qablaşmanın açılması və İcraçının anbarına (və ya onun səlahiyyətli nümayəndəsinin – bundan sonra İcraçının anbarı) göndərilməsi üçün Müştəri tərəfindən müstəqil ödənişi aparılmış malların alınması üçün ABŞ-da yerləşən anbar ünvanının Müştəriyə təqdim edilməsi üzrə xidmətlər göstərir. Hazırkı Razılaşmanın məqsədləri üçün: Mal – Müştərinin əldə etdiyidir, Azərbaycana göndərilməsi üçün bağlanmış olan mal – Bağlama.
2.2. İcraçı Müştəri tərəfindən müstəqil olaraq internet-mağazada ödənişi aparılmış malları öz anbarına qəbul etmək öhdəliyini götürür, bu şərtlə ki, İcraçıdan alınan ünvan və malı alana aid məlumatlar dəqiq göstərilmiş olsun.
2.3. Müştərinin İcraçının anbarında və ya Azərbaycanda kuryer xidmətinin bölməsində Bağlamanı alması anından etibarən İcraçı tərəfindən xidmətlər tam həcmdə göstərilmiş hesab edilir.
2.4. Xidmətlərin göstərilməsi üçün İcraçı Müştərinin razılığı olmadan poçt və kuryer xidməti kimi üçüncü şəxsləri cəlb etmək hüququna malikdir.
3. Sifarişin rəsmiləşdirilməsi.
3.1.Müştəri əvvəlcədən malın keyfiyyətini, parametrlərini və xüsusiyyətlərini müstəqil şəkildə qiymətləndirərək ABŞ ərazisində çatdırılma xidmətləri təqdim edən internet-mağazanın saytında müstəqil olaraq malın sifarişini rəsmiləşdirir.
3.2. Müştəri göstərilən malların qiymətini malın satıcısına ödəmək öhdəliyini götürür, bu şərtlə ki, həmin satıcı malların ABŞ ərazisi üzrə çatdırılmasını həyata keçirmiş olsun.
3.3. Malların sifarişinin rəsmiləşdirilməsi zamanı Müştəri tərəfində göstərilən məlumatların dəqiqliyinə görə məsuliyyəti Müştərinin özü daşıyır.
3.4. İcraçı anbarına qəbul etdiyi malların keyfiyyət və dəstliyinə görə məsuliyyət daşımır, eləcə də Müştərinin internet-mağaza vasitəsi ilə əldə etdiyi mallara zəmanəti təmin etmir.
3.5. İcraçı öhdəlik götürür ki, satıcının poçt xidmətinin çatdırdığı malı ABŞ-dakı öz anbarına qəbul edəcək, çəkəcək və qablaşdıracaq, sonra isə İcraçının Azərbaycandakı anbarına nəql edəcəkdir. Mal yalnız alanın imzasının mövcud olduğu halda anbar tərəfindən qəbul edilmiş hesab olunur. Bağlamanın “Anbara çatdırılıb” statusu alanın imzası mövcud olmadan səhih kimi nəzərdən keçirilə bilməz.
3.6. İcraçı malı aldıqdan sonra 3 iş günü ərzində Müştərini malın ABŞ-da İcraçının anbarına qəbul edilməsi haqqında müvafiq bildirişin Müştərinin www.pesoto.com və ya www.pesoto.az veb səhifələrində qeydiyyat zamanı göstərdiyi elektron ünvana göndərilməsi yolu ilə bildirişlə məlumatlandırılmasına, eləcə də onu Müştərinin şəxsi səhifəsində əks etdirilməsinə borcludur. Bəyan edilməmiş bağlamanın İcraçının ABŞ-dakı anbarında saxlanma müddəti 30 təqvim günü təşkil edir.
3.7. Müştəri əldə etdiyi malın poçt xidmətinin çatdırılma şərtlərinə və qüvvədə olan Azərbaycan və ABŞ qanunlarına, o cümlədən Azərbaycanın Gömrük məcəlləsinə müvafiq olmasına görə məsuliyyət daşıyır ki, buraya malın Müştəriyə göndərilməsi üçün zəruri olan malın qabaritləri və poçt tarasının çəkisi daxildir, lakin bağlamanın qabaritləri, çəkisi və içindəkilərlə məhdudlaşmır.
3.8. İcraçı o halda Müştəriyə Xidmətlərin göstərilməsindən imtina etmək hüququna malikdir ki, mal poçt xidmətinin çatdırılma şərtlərinə və qüvvədə olan Azərbaycan və ABŞ qanunlarına, o cümlədən Azərbaycanın Gömrük məcəlləsinə müvafiq olmasın, buraya malın Müştəriyə göndərilməsi üçün zəruri olan malın qabaritləri və poçt tarasının çəkisi daxildir, lakin bağlamanın qabaritləri, çəkisi və içindəkilərlə məhdudlaşmır.
3.9. Malın nəql edilməsi avia-daşıma yolu ilə həyata keçirilir. Nəqletmənin orta müddəti ABŞ-dakı anbardan göndərilməsi anından etibarən 4-5 iş günü təşkil edir.
3.10. Nəqletmənin qiyməti haqqında məlumat malın Azərbaycan ərazisinə gəlib çatması ilə Müştərinin şəxsi səhifəsində əks olunur.
3.11. Malın İcraçının Azərbaycandakı anbarına çatdırılmasından sonra İcraçı Müştərini müvafiq bildirişin Müştərinin www.pesoto.com və ya www.pesoto.az veb səhifələrində qeydiyyat zamanı göstərdiyi elektron ünvana göndərilməsilə malı almağın mümkünlüyü haqqında xəbərdar edir. Müştərinin malının anbarda saxlanması müddəti 30 təqvim günü təşkil edir. Saxlanmanın başlanğıcı malın İcraçının Azərbaycandakı anbarına daxil olduğu gün hesab edilir. Müştəri tərəfindən həmin malın alınmaması halında Azərbaycandakı anbara malın daxil olmasından 30 gün keçdikdən sonra İcraçı Müştəriyə əlavə bildiriş göndərmədən malı utilləşdirmək hüququna malikdir.
3.12. Bağlamanın üçüncü şəxsə verilməsinə yalnız o hallarda yol verilir ki, o,aşağıda sadalanan sənədlərdən birini təqdim edə bilsin: qeydiyyatdan keçmiş bağlama alanın şəxsiyyətini təsdiq edən sənədin (pasport,sürücülük vəsiqəsi və ya qüvvədə olan Azərbaycan qanunvericiliyinə müvafiq olaraq digər sənədin) əslini, Müştəridən alınan – üçüncü şəxsin adına notarial qaydada verilmiş etibarnamə (üçüncü şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə).
3.13. Müştərinin bağlamanı lazımı vəziyyətdə alması, eləcə də İcraçıya iradlarının olmaması faktı Bağlamanın qaiməsindəki və ya elektron lövhədəki imza ilə təsdiq edilir.
4. Müştərinin vəzifələri.
4.1. Müştəri müstəqil şəkildə hazırkı Razılaşmanın mətni ilə tanış olmaq, Razılaşma və onun əlavələrdə dəyişikliklərin mövcud olmasını yoxlamaq öhdəliyini götürür.
4.2. Müştərini İcraçını tələb edilən xidmətin yerinə yetirilməsi üçün zəruri olan bütün məlumatlarla vaxtında təmin edilməsi öhdəliyini götürür. Zəruri olan məlumatların çatışmaması halında İcraçı Müştəriyə Xidmətləri təqdim etməmək hüququnu özündə saxlayır.
4.3. Müştəri İcraçı tərəfindən ona göstərilən xidmətlərlə əlaqədar olan hesabları vaxtında ödəmək və xərcləri qarşılamaq öhdəliyini götürür. İcraçı Xidmətlərin göstərilməsi üçün ona təqdim edilən vəsaitlərin kifayətli olmaması halında Müştəriyə xidmət göstərmir.
4.4. Müştəri əvvəlcədən şəxsi səhifəsində bəyan etməklə malın İcraçının ABŞ-dakı anbarına daxil olmasını müstəqil şəkildə izləmək öhdəliyini götürür.
4.5. Müştəri təsdiq edir və zəmanət verir ki, Müştəriyə üçüncü şəxslərin, malın satıcısı və poçt xidmətləri də daxil olmaqla, lakin bununla da məhdudlaşmayaraq hərəkətləri nəticəsində dəymiş zərərlə əlaqədar olaraq hər hansı bir öhdəliklər və xərclər səbəbindən yaranmış mübahisələr üzrə İcraçını cavabdeh və ya həmcavabdeh kimi cəlb etməyəcəkdir.
4.6. Bağlamanın alınması anında bağlamanın qaiməsində imza etmək və ya elektron lövhədə imzasını atmaq.
4.7. Sorğu əsasında müştərinin şəxsiyyətini təsdiq edən sənədləri, eləcə də bu və ya digər malı internet-mağaza vasitəsi ilə əldə etməyi təsdiq edən sənədləri təqdim etmək.
4.8. Müştəri öz adı, soyadı, yaşayış ünvanı, telefon və elektron poçt ünvanını www.pesoto.com və ya www.pesoto.az veb səhifələrində qeydiyyat zamanı dəqiq göstərmək öhdəliyini götürür.
5. İcraçının vəzifələri.
5.1. İcraçı Müştəriyə www.pesoto.com və ya www.pesoto.az saytında Xidmətlərin təsvirinə, eləcə də hazırkı Razılaşmanın 1.1 maddəsində göstərilən tərifinə müvafiq olan Xidmətləri təqdim etmək öhdəliyini götürür, o şərtlə ki, Müştərinin sorğusu hazırkı müqavilə və qüvvədə olan ABŞ və Azərbaycan qanunvericiliklərinin nəzərdə tutduqları qaydalara, tələblərə və məhdudiyyətlərlə ziddiyyət təşkil etməmiş olsun.
5.2. Müştəri haqqında məlumatların məxfiliyini qorumaq. Müştəri haqqında məlumatlar üçüncü şəxslərə yalnız ABŞ və Azərbaycan qanunvericilikləri ilə nəzərdə tutulan hallarda təqdim edilə bilər.
5.3. Müştəriyə onun sifarişinin statusu və yerləşdiyi yer haqqında məlumat əldə etmək imkanı vermək.
6. Gömrük rəsmiləşdirməsi
6.1.Malın www.pesoto.com və ya www.pesoto.az veb səhifələrində bəyan edilməsi (göndərənin adının, malın adının və onun qiymətinin göstərilməsi) mütləqdir. Qeyd edilən məlumatın dəqiqliyinə görə tam məsuliyyət Müştərinin üzərinə düşür.
6.2. Azərbaycan ərazisinə çatdırılmış malın gömrük rəsmiləşdirilməsi prosedurasına görə məsuliyyəti Müştəri daşıyır.
6.3. Malın gömrük rəsmiləşdirilməsinə qədər Xidmət haqqının ödənilməsi mütləq şərtdir.
6.4. Səlahiyyətli orqanların Müştəri tərəfindən hazırkı Razılaşmaların tələblərini yerinə yetirməmək və ya qismən yerinə yetirməsinə görə (misal üçün, bağlamanın natamam və ya qeyri-dəqiq bəyan edilməsi, daşınması qadağan olan malların mövcud olması) İcraçıya münasibətdə cərimə sanksiyalarını tətbiq etmələri halında İcraçı cərimə məbləğinin ödənilməsinə görə məsuliyyəti Müştərinin üzərinə qoymaq hüququnu özündə saxlayır.
6.5. Müştəri tərəfindən Azərbaycan ərazisinə gətirilməsi qadağan edilən malın gətirilməsi halında belə mal Azərbaycan Gömrüyü tərəfindən müsadirə edilə, müştərinin üzərinə isə inzibati-cinayət məsuliyyəti qoyula bilər.
7. Malın çatdırılması və xidmətlərin ödənilməsi
7.1. Xidmətlərin qiyməti bir göndərmədə bir alan üzrə bağlamanın fiziki çəkisinin cəmindən çıxış etməklə müəyyən edilir.
7.2. Ödəniş istisnasız olaraq nağdsız hesablaşma yolu ilə www.pesoto.com və ya www.pesoto.az saytındakı şəxsi səhifə vasitəsi ilə həyata keçirilir.
7.3. Bağlama çəkisinin yuvarlaqlaşdırılması ağır olan tərəfə 100 qr. qədər dəqiqliklə aparılır. Ödənilməli olan bağlamanın minimal çəkisi 0,5 kq təşkil edir.
7.4. Tərəflər arasında hesablaşma bağlamanın gəlməsindən sonra İcraçı tərəfindən təqdim edilən hesab əsasında həyata keçirilir.
7.5. Müştərinin İcraçı qarşısında borcunun yaranması halında bağlamanın verilməsi istisnasız olaraq yalnız yaranmış borcun bağlanmasından sonra həyata keçirilir.
7.6. ABŞ-da alınmış bağlamanın həcmi və ya real çəkisi 20 kq keçməsi halında İcraçı Müştərinin Xidmətlərə görə ümumi məbləğin 50% həcmində beh ödənişini aparmasına qədər bağlamanın daşınmasını dayandırmaq hüququna malikdir ki, bu barədə Müştəriyə yazılı bildiriş göndərilir.
7.7. İcraçı invoysu və yaranması halında İcraçının çəkmiş olduğu əlavə xərcləri bağlamanın Azərbaycana gəlməsindən sonra 14 gün ərzində ödəməyə borcludur.
7.8. Ödənişin vaxtlı-vaxtında aparılmaması halında İcraçı Razılaşmanın 3.11 maddəsinə müvafiq olaraq bağlamanı Müştərinin İcraçının xidmətlərini tam ödəməsinə qədər anbarda saxlayır.
7.9. İcraçı bağlamaların Azərbaycan ərazisinə çatdırılmasını üçüncü şəxslərin köməkliyi ilə həyata keçirməsi səbəbindən İcraçı nəqledilmə dövründə bağlamanın itməsinə görə məsuliyyət daşımır. Müştərinin tələbi əsasında üçüncü şəxslər yalnız Müştərinin şəxsi səhifəsində Əlavə müdafiə haqqında qeydin mövcud olması şərti ilə sonuncuya bağlamanın tam dəyərini (-1%) ödəməyə borcludurlar. Varşava Konvnsiyasına müvafiq olaraq Əlavə müdafiə haqqında qeydin olmaması halında Müştəriyə itirilmiş malın çəkisinin hər 1 kq görə 20 ABŞ dolları həcmində olan məbləğ geri qaytarılacaqdır.
8. Təkrar qablaşdırma xidməti
8.1. Təkrar qablaşdırma poçt qutusunun xaric edilməsi yolu ilə mümkün olması halında artıq qablaşdırmanın aradan qaldırılmasından ibarətdir. Qablaşdırma azaldılmış hesab ediləcək, o zaman ki, onun istənilən tərəfindən 1-2 sm məsafə qalmış olsun.
8.2. Bağlamanın poçt qutusu avtomatik olaraq və Müştərinin buna əlavə göstərişi olmadan xaric edilir (orijinalının olması halında) və ya azaldılır.
8.3. Qorunmasının təmin edilməsi məqsədi müxtəlif mallar və ya sifarişlər bir bağlamada birləşdirilmir. Ayaqqabı qutuları açılmır, əgər Müştəri tərəfindən bağlamanın ABŞ anbarına çatdırılmasına qədər belə tələb irəli sürülməyibsə, orijinal qablaşdırma materialı xaric edilmir.
8.4. Zavod qablaşdırması, eləcə də Müştərinin təkrar qablaşdırma seçimi/imtinasından asılı olmayaraq qoruyucu materiallar açılmır və xaric edilmir.
8.5. Hədiyyə qablaşdırmalarında malların olduğu bağlamalar, zərif və elektron komponentlər hətta Müştərinin müvafiq seçiminin mövcud olması halında belə içindəkilərin qorunub saxlanması məqsədi ilə təkrar qablaşdırılmır.
8.6. Qablarda çatıdırılmış paltar və ayaqqabılar Müştərinin şəxsi səhifəsində müvafiq qeydin mövcud olması halında polietilen zərfə (paltar üçün) təkrar qablaşdırılacaq və ya poçt qutusundan çıxarılacaq (ayaqqabı üçün).
8.7. Bağlamanın içindəkilərin fərqlənməsi halında bağlama onun qorunması təmin edəcək həddə qədər kiçildiləcək. İçindəkilərin uyğun gəlməsinə daxildir: ayaqqabı və paltar, paltar və zinət əşyaları, ayaqqabı və saat və s.
8.8. Təkrar qablaşdırmanın yerinə yetirilməsi zamanı ölçülərinin kiçildilməsi üçün bağlama sıxılmağa, kipləşdirilməyə, burulmaya məruz qoyulmur.
8.9. İcraçı Müştərinin təkrar qablaşdırma xidmətini sifariş etməsi halında malın zədələnməsinə görə məsuliyyət daşımır. “Təkrar qablaşdırma” ayarının seçilməsi zamanı əlavə müdafiə bağlamanın zədələnməsinə görə deyil, yalnız onun itirilməsinə görə qüvvədə olur.
9. Bağlamanın əlavə müdafiəsi.
9.1. Bağlamanın əlavə müdafiəsinin təmin edilməsi üçün bağlamaları idarəetmə panelində “Əlavə müdafiə” sahəsində qeydin mövcud olmasını faktiki olaraq bağlamanın İcraçının anbarına daxil olmasına qədər yoxlamaq lazımdır.
9.2. Əlavə müdafiə istənilən göndərən tərəfindən göndərilmiş, istər yeni, istərsə də istifadə olmuş malların olduğu bağlamanın itirilməsi təhlükəsini tam olaraq qarşılayır.
9.3. Əlavə müdafiə aşağıda göstərilən bağlamaların zədələnməsi təhlükəsini qarşılamır: özəl şəxs tərəfindən göndərilmiş; eBay-dan və ya digər hərraclardan alınmışlar; təmir edilmiş və istifadə olunmuş mallar olan; ABŞ izlənmə nömrəsi olmadan gəlmiş və avtomatik olaraq Pesoto trek-nömrəsinin generasiya edildiyi bağlamalar.
9.4. Əlavə müdafiənin qiyməti bəyannamədə qeyd edilmiş bağlamanın içindəkilərin qiymətinin 2,5% təşkil edir. Göstərilən məbləğ çatdırılma üzrə xidmətin invoysunda və ya ayrıca olaraq nəzərə alınacaqdır.
9.5. Əlavə müdafiə ilə bağlama xarici zədələnmələr və ya itirilməkdən müdafiə olunur. Xidmətə malların qutudan çıxarılması ilə iş qabiliyyətli olmalarının yoxlanılması daxil deyil.
9.6. İçərisində zərif predmetlər olan bağlamalar (şüşə məmulatları, monitorlar, qab-qaşıq, farfor, çilçıraqlar və s.), əgər onların qablaşdırılmasında zədələnmələrin görünən izlərinə malik deyilsə, əlavə müdafiə ilə qorunmayacaqdır.
9.7. Əlavə müdafiə üzrə kompensasiyanın məbləği sənədlərdə göstərilən, onun alınmasını sübut edən malın qiyməti ilə məhdudlaşır, lakin Müştəri tərəfindən bağlamanın bəyannaməsində göstərilən məbləği keçmir.
9.8. Malın zədələnməsi halında əlavə müdafiə üzrə kompensasiyanın alınması üçün Müştəriyə onun qablaşdırılmış vəziyyətdə mağazadan alınmasını sübut edən sənədi ABŞ poçt xidmıətinin izləmə nömrəsi ilə birlikdə təqdim etməsi lazımdır.
9.9. Əgər bağlama itirilər və ya zədələnərsə, əlavə müdafiə üzrə kompensasiyanın ödənilməsi yükün Azərbaycana gəlməsindən sonra 30 gündən gec olmayaraq həyata keçiriləcəkdir.
9.10. Əgər müştəri tərəfindən əvvəlcədən imtina bəyan edilməzsə, elan edilmiş dəyəri 1000 ABŞ dollarından yüksək olan bağlamalar avtomatik olaraq əlavə müdafiə obyekti olacaq və bu xidmətin dəyəri İcraçının xidmətləri haqqındakı invoysa daxil ediləcəkdir.
9.11. Bağlamanın itirilməsi halında əlavə müdafiə üzrə kompensasiyanın alınması üçün www.pesoto.com və ya www.pesoto.az saytında Müştərinin şəxsi səhifəsində izləmə nömrənin bağlamanın ABŞ-da anbara gəlib çatmasına qədər əlavə müdafiənin aktivləşdirilməsi ilə birlikdə əlavə dilməsi mütləqdir. Yalnız həqiqi USPS, Fedex, UPS izləmə nömrələri bağlamanın anbara çatması tarixi də daxil olmaqla çatdırılmanın təsdiqi qismində nəzərə alınacaqdır.
10. Məsuliyyətin məhdudlaşdırılması.
10.1. İcraçı Müştərinin heç bir xərcləri, birbaşa və dolayı zərərinə görə məsuliyyət daşımır, hansılar ki, Müştəriyə İcraçının xidmətlərindən istifadə edilməsi nəticəsində dəyə bilər, Xidmətlərdən istifadə edilməsi və ya istifadənin mümkünsüzlüyü nəticəsində vurulmuşdur, səhvlər, buraxılışlar, işdə fasilələr, faylların silinməsi, funksiyaların dəyişdirilməsi, məlumatların ötürülməsində qüsurların, gecikmələrin və s. səbəbindən vurulmuşdur.
10.2. İcraçı Müşrəyə Xidmətlərin təqdim edilməsi üçün istifadə edilən, lakin İcraçıya məxsus olmayan üçüncü şəxslərin və qarışıq xidmətlərin hərəkətlərinə görə məsuliyyət daşımır, misal üçün: bank, poçt və kuryer xidmətləri, internet provayderlər, email-servisləri, ödəniş sistemləri və s.
10.3. İcraçı malın Satıcıdan İcraçıya çatdırılması müddətinə görə məsuliyyət daşımır.
10.4. İcraçı öz anbarına qəbul etdiyi malların keyfiyyət və dəstliyinə görə cavabdehlik daşımır, eləcə də Müştərinin satın aldığı mallara zəmanəti təmin etmir.
10.5. İcraçı satıcıdan aldığı malın satıcı tərəfindən bəyan edilmiş xüsusiyyətlərə uyğun olmasını yoxlamır (müştərinin belə bir xidməti seçməməsi halında) və satıcının səhvi halında malın satıcının saytındakı təsvirə uyğun gəlməməsinə görə məsuliyyət daşımır.
10.6. İcraçı aşağıda göstərilən hallarda müştərinin seçdiyi satıcıların yararsızlığına görə məsuliyyət daşımır: mal gecikmə ilə göndərilib; mal göndərilib, lakin təsvirə uyğun gəlmir, mal işlək vəziyyədə deyil (baxmayaraq ki, işlək vəziyyətdə olması qeyd edilib); mal ümumiyyətlə göndərilməyib (fırıldaqçılıq halları).
10.7. Müştəri satıcı, poçt və kuryer xidmətləri, ödəniş sistemləri də daxil olmaqla, lakin bununla da məhdudlaşmayaraq üçüncü şəxslərin vurduqları zərərlə əlaqədar öhdəliklər və xərclərdən irəli gələn istənilən mübahisələr üzrə İcraçını cavabdeh və ya həmcavadeh ismində cəlb etməməyə razıdır.
10.8. Müştərinin və ya Müştərinin tapşırığı ilə İcraçının səlahiyyətli nümayəndəsi tərəfindən bəyannamənin doldurulması halında bəyannamədə göstərilən məlumatların doğruluğu və tamlığına görə məsuliyyəti Müştəri daşıyır.
10.9. İcraçı qüvvədə olan Azərbaycan qanunvericiliyinə müvafiq olaraq bağlamanın çatdırılması zamanı gömrük rüsumlarının və ya digər mütləq ödənişlərin alınmasına görə məsuliyyət daşımır, onları kompensasiya etmir, eləcə də gömrük orqanlarında Müştərinin maraqlarını təmsil etmir.
10.10. İcraçı qabaqcadan gözlənilməyən hallarda (misal üçün çətin meteroloji şərait, aviaşirkət tərəfindən cədvəllərinin ləğvi və ya dəyişdirilməsi və s.) aviareyslərin gecikməsi/təxiri və / və ya vaxtının dəyişdirilməsi/ ləğvinə, eləcə də bayram günləri ilə əlaqədar olaraq ABŞ və ya Azərbaycanda hava şirkətlərinin həddən artıq yüklənmiş olmasına görə məsuliyyət daşımır.
10.11. İcraçı malların Azərbaycandan ABŞ-na nəql edilməsi üzrə xidmətlər göstərmir.
10.12. İcraçı göndərən tərəfindən Yazılı sübutun mövcud olmaması halında ABŞ-da anbara çatmayan bağlamaya görə məsuliyyət daşımır.
10.13. İcraçı Müştəri tərəfindən Razılaşmanın şərtlərinin pozulması zamanı Azərbaycan gömrüyündə və ya digər səlahiyyətli orqanlarında araşdırmalara görə məsuliyyət daşımır: bəyannamədə bilərəkdən yanlış məlumatların göstərilməsi və ya daşınması qadağan olan malların sifariş edilməsi.
10.14. İcraçı Müştərinin şəxsi səhifəsində Əlavə müdafiədən imtina etməsi halında itirilmiş və ya zədələnmiş bağlamaya görə kompensasiya üçün məsuliyyət daşımır.
10.15. İstifadəçinin şəxsi səhifəsində depozitə yatırılan vəsaitlər xidmətdən istifadədən imtina halında geri qaytarılmır.
10.16. İcraçı bağlamanın 3-cü şəxsə verilməsinə görə məsuliyyət daşımır, o halda ki, ikinci şəxs ona bağlamanın alınması kifayətli olan məlumatları, məhz ştrix kodu və ya rəqəmsal kodu təqdim etmiş olsun.
11. Razılaşmanın müddəti
11.1. Razılaşma Müştərinin onu qəbul etməsi anından başlayaraq Müştərinin bağlamanı alması anına qədər qüvvədə olur.
11.2. İcraçı Müştəri tərəfindən hazırkı Razılaşmanın istənilən şərtlərindən birinin pozulması halında birtərəfli qaydada bütün Xidmətlərin göstərilməsi dayandırmaq hüququna malikdir.
11.3. Əgər Alıcı özü haqqında yanlış məlumat təqdim edərsə və ya İcraçıda kifayət qədər ciddi əsaslar olarsa ki, Müştəri tərəfindən təqdim edilən məlumatlar doğru, tam və ya dəqiq deyil, İcraçı Müştəriyə Xidmətlərin göstərilməsindən tam və ya qismən imtina etmək hüququna malikdir.
11.4. Razılaşma İcraçı tərəfindən hər hansı bir xüsusi bildiriş göndərilmədən dəyişdirilə bilər, Razılaşmanın yeni redaksiyası, əgər Razılaşmanın yeni redaksiyası ilə başqa bir şərt nəzərdə tutulmamışdırsa, onun yerləşdirilməsindən 3 (üç) gün sonra qüvvəyə minir. Razılaşmanın yeganə doğru variantı həmişə www.pesoto.com və ya www.pesoto.az saytında yerləşdirilən variantıdır.
11.5. İcraçı Müştəri tərəfindən İcraçıya və ya üçüncü şəxslərə hazırkı Razılaşmanın şərtlərinin pozulması vasitəsi ilə zərər vurması halında Xidmətlərin göstərilməsinə xitam vermək hüququna malikdir.
11.6. Xidmətlərin göstərilməsinə xitam verilməsi halında İcraçı istənilən üçüncü tərəfin Müştərinin çıxışdan məhrum edilməsi haqqında bilrişin göndərilməsi və ya göndərilməməsi ilə xəbərdar edilməsinə və belə bir xəbərdarlığın olması və ya olmaması səbəbindən yarana biləcək nəticələrə görə məsuliyyət daşımır.
12. Fors-major
12.1. Tərəflər hazırkı Razılaşma üzrə öhdəliklərin tam və ya qismən yerinə yetirilməməsinə görə məsuliyyətdən o zaman azad edilirlər ki, belə yerinə yetirməmə Razılaşmanın bağlanmasından sonra fövqəladə xarakterli hadisələrin nəticəsində yaranmış dəfedilməsi mümkünsüz olan hallarla bağlı olmuş olsun, hansıları ki, iştirakçılar əvvəlcədən görə, ağlabatan üsullarla qarşısını ala bilməzdirlər (fors-major). Belə fövqəladə xarakterli hadisələrə aiddir: sel, yanğın, zəlzələ, partlayış, qasırğa, epidemiya və digər təbiət təzahürləri, eləcə də müharibə və ya hərbi əməliyyatlar və s.
12.2. Tərəflər dəfedilməsi mümkünsüz olan halların nəticəsində yarana biləcək istənilən zərərlərə, eləcə də xərclərə görə üçüncü şəxslərin irad və ya tələbləri ilə əlaqədar məsuliyyət daşımırlar.
12.3. Fors-major hallarında razılaşmada göstərilən öhdəliklərin yerinə yetirilmə müddətləri fors-major halların qüvvədə olduğu müddətə uzadılır.
13. Digər şərtlər
13.1. Hazırkı Razılaşmanın şərtlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq fikir ayrılıqları və mübahisələrin yaranması halında tərəflər onları danışıqlar yolu ilə həll edirlər. Razılaşma qüvvədə olan Azərbaycan qanunvericiliyi ilə tənzimlənir.
13.2. Razılaşma Tərəflərin onun predmeti barəsində tam razılıq və anlayışını nəzərdə tutur və onun bağlanmasına qədər mövcud olmuş bütün danışıqları, müzakirələri və razılaşmaları ləğv edir. Tərəflərdən heç biri Razılaşmada göstərilənlərdən başqa heç bir öhdəliklər, şərtlər, zəmanətlər, təsdiqləmələr, müəyyən etmələr, digər razılıqlarla məhdudlaşdırılmayıb.
13.3. Hazırkı Razılaşma İcraçı tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.
13.4. Hazırkı Razılaşma Tərəflər arasında hüquqi öhdəliklər yaradan müqavilədir və Müştərinin İcraçının xidmətlərindən istifadəsini tənzimləyir.
13.5. www.pesoto.com və ya www.pesoto.az saytında qeydiyyatdan keçmə hazırkı Razılaşmanın bütün şərtlərinin qəbul edilməsi deməkdir.
13.6. Müştəri tərəfindən hazırkı Razılaşmanın qəbul edilməsindən sonra Müştəri və İcraçı arasındakı bütün əvvəlki danışıqlar, razılaşmalar, yazışmalar öz qüvvəsini itirir.
13.7. İcraçının nümayəndələri ilə e-mail, telefon çat və ya digər əlaqə formasında ünsiyyət zamanı istənilən formada olan slenq, qeyri-etik və kobud terminologiyadan istifadə edilməsi, eləcə də yüksək tonla danışma, kinayə və yersiz emosiyaların təzahür etdirilməsi avtomatik olaraq ona İcraçı tərəfindən xidmətlərin göstərilməsinin sonradan bərpa edilməsinin mümkünlüyü olmadan dayandırılması deməkdir.
13.8. İcraçının www.pesoto.com və ya www.pesoto.az saytında yerləşdirilən istənilən məlumat doğrudur və hazırkı Razılaşmanın ayrılmaz tərkib hissəsi hesab edirlir. Müştərinin tanışlıq səhifəsində “Müqavilə şərtləri ilə razılaşıram” düyməsini basması anından etibarən bu onun hazırkı Razılaşmanın bütün şərtləri ilə razılaşmasını bildirir.
13.9. İcraçı əgər Müştəri İcraçının ABŞ ünvanının yazılmasında səhvə yol vermiş olarsa, bağlamaların ABŞ-dan Azərbaycana çatdırılmasına görə məsuliyyət daşımır. Müştəri tərəfindən ünvanın tam və ya qismən dəyişdirilməsinə yol verilmir.Ünvanın daxil edilməsini xüsusi diqqətlə Müştərinin şəxsi səhifəsində əks etdirilmiş məlumatlara müvafiq olaraq daxil etmək lazımdır.
13.10. İcraçı istisnasız olaraq yalnız xidmət göstərilməsi haqqında razılaşma ilə şərtləndirilən xidmətlərin göstərilməsinə görə məsuliyyət daşıyır.
13.11. İcraçı internet, telekommunikasiya, video-monitorinq vasitələrindən istifadə etmək, o cümlədən e-mail məktubların yaddaşa verilməsi və telefon danışıqlarının yazılması yolu ilə, hansıları ki, İcraçı məhkəmə mübahisələrində öz maraqlarının müdafiəsi üçün istifadə edə bilər, Müştəri ilə qarşılıqlı münasibətlərini fiksə etmək hüququna malikdir.
13.12. Müştəri təsdiq edir ki, bütün sənədlər (pasport, kod və s.) həqiqidirlər və onların leqallığına görə bütün məsuliyyət Müştərinin üzərinə düşür.
13.13. Müştərinin fərdi məlumatları məxfidir. İcraçı Müştəri tərəfindən müvafiq razılıq verilmədən həmin məlumatları üçüncü şəxslərə təqdim etmir.
Əməkdaşlığa görə Sizə təşəkkür edirik! Hörmətlə, pesoto.com rəhbərliyi